Xalq artisti Rauf Babayev vəfat edib

   Xalq artisti Rauf Babayev vəfat edib
  27 Mart 2020    Oxunub:7645
Azərbaycanın Xalq artisti Rauf Babayev vəfat edib.
Azvision.az -ın məlumatına görə, tanınmış müğənni 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə "Şöhrət" ordeni alıb.

Azvision.az


Teqlər: RaufBabayev   Xalqartisti  





Xəbər lenti