FHN sərhəd məntəqələrində çadırların sayını artırıb - FOTOLAR

FHN sərhəd məntəqələrində çadırların sayını artırıb -  FOTOLAR
  27 Mart 2020    Oxunub:3292
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” və Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yaradılmış qəbul-çeşidləmə məntəqələri 24 saat fasiləsiz fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, qısa müddətdə çadırlarının sayı 20-dən 60-a, çarpayılarının sayı 300-ə çatdırılan “Qırmızı körpü” və 20 çadır, 100 çarpayıdan ibarət olan “Mazımçay” qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, çadırların isidilməsi, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.



Martın 26-da adıçəkilən qəbul-çeşidləmə məntəqələrində olan Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, mart ayının 27-nə olan məlumata əsasən, hər cür tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları tərəfindən “Qırmızı körpü” və “Mazımçay” qəbul-çeşidləmə məntəqələrində Azərbaycan ərazisinə keçən ümumilikdə 156 nəfər müayinədən keçirilib. Bunlardan “Qırmızı körpü” qəbul-çeşidləmə məntəqəsi üzrə 119, “Mazımçay” məntəqəsi üzrə 37 nəfər müayinədən keçirilib. Müayinədən keçənlərdən 28 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib, digər şəxslərin karantin rejimində qalması təmin olunub.











Azvision.az


Teqlər: FHN   Koronavirus   Çadır  





Xəbər lenti