Sərhəddə erməni təxribatının qarşısı alındı

Sərhəddə erməni təxribatının qarşısı alındı
  27 Mart 2020    Oxunub:3533
27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində sərhəd döyüş məntə­qələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfəng­lərindən intensiv atəşə tutul­ub.
Dövlət Sərhəd Xidmətindən (DSX) Azvision.az -a verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.

Azvision.az


Teqlər: DSX   Sərhəd  





Xəbər lenti