“Heç kim dəfn mərasiminə gəlməsin” - Nazirlikdən müraciət

  27 Mart 2020    Oxunub : 2338
“Heç kim dəfn mərasiminə gəlməsin” - Nazirlikdən müraciət
Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq olunan xüsusi rejimin qaydalarına riayət olunması üçün Xalq artisti Rauf Babayevin dəfni ilə bağlı vətəndaşlara müraciət edib.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Azvision.az -a bildirib ki, heç kim dəfn mərasiminə gəlməməlidir:

"Rauf Babayevin vəfatı mədəniyyətimizə ağır itkidir. Kütləvi informasiya vasitələri ilə vətəndaşlarımıza müraciət edirik ki, heç kim dəfn mərasiminə gəlməsin. Hökumətin karantin rejimi ilə bağlı sosial izolyasiya qərarı var. Hər kəs buna əməl etməli, diqqətli olmalıdır. 10 nəfərdən çox insanın bir yerdə toplaşması qadağan olunub. Mədəniyyət xadimimizin itikisi ilə əlaqədar ailəsinə, yaxınlarına və xalqımıza başsağlığı veririk. Dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə İkinci Fəxri Xiyabanda keçiriləcək".

Xatırladaq ki, xalq artisti, müğənni Rauf Babayev bu gün 82 yaşında vəfat edib.

Azvision.az

Teqlər: Mədəniyyət-Nazirliyi