Hava limanı istiqamətində avtobusların fəaliyyəti dayandırıldı

Hava limanı istiqamətində avtobusların fəaliyyəti dayandırıldı
  27 Mart 2020    Oxunub:2092
Koronavirus (COVİD-19 ) xəstəliyinin ölkməizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı-28 May H1 ekspress marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dəyişikliyə əsasən H1 ekspress xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək.

Həmin gün ekspress xətt avtobusu ilə 28 May metrostaniyasından hava limanına saat 08:00, 10:30 və 16:30 olmaqla 3 gediş reallaşdırılacaq. Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.

Azvision.az



Teqlər: BNA   Ekspressavtobus  





Xəbər lenti