Operativ Qərargah: Hazırda karantində 3485 nəfər var

      Operativ Qərargah:    Hazırda karantində 3485 nəfər var
  27 Mart 2020    Oxunub:3413
Azərbaycanda infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Bildirilib ki, Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

Azvision.az


Teqlər: Qərargah   Koronavirus  





Xəbər lenti