Restoran, kafe və çayxanalar bağlandı

   Restoran, kafe və çayxanalar bağlandı
  28 Mart 2020    Oxunub:3643
Sabahdan etibarən xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Qeyd edək ki, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Azvision.az



Teqlər: Qərargah  





Xəbər lenti