Polşadan 90 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

 Polşadan 90 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
  28 Mart 2020    Oxunub:5336
Koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar xaricdə olan Azərbaycan vətəndaşlarının vətənə təxliyə olunması prosesi davam etdirilir.
Azvision.az xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyinin yaydığı məlumata görə, 27 mart 2020-ci il tarixində “LOT” Polşa Hava Yolları tərəfindən ödənişli əsaslarla təşkil edilən Varşava-Bakı reysi müvəffəqiyyətlə həyata keçirilib və 90 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.

“Bununla yanaşı LOT şirkəti tərəfindən uçuş barədə məlumatların Azərbaycan Hava Yollarına tam olaraq təqdim edilməməsi səbəbindən müəyyən anlaşılmazlıq yaranıb.

Lakin Azərbaycan rəsmilərinin işə qarışmasından sonra uçuşla bağlı bütün anlaşılmazlıqlar aradan götürülüb və uçuş uğurla başa çatıb”, - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Polşa   Səfirlik  





Xəbər lenti