Deputatların koronavirusa görə test nəticələri açıqlandı

Deputatların koronavirusa görə test nəticələri açıqlandı
  28 Mart 2020    Oxunub:3770
Milli Məclisin martın 30-na planlaşdırılan plenar iclasında iştirak edəcək deputatlar və parlamentin əməkdaşları koronavirus təhlükəsi ilə bağlı test yoxlanışından keçiriliblər.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Azvision.az -a bildirib ki, testlərin nəticəsi neqativ çıxıb.

Onun sözlərinə görə, müayinə nəticəsində deputatların və parlament əməkdaşlarının heç birində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, martın 30-da parlamentin plenar iclası keçiriləcək. İclasın gündəliyinə 16 məsələ daxil edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis   Deputat  





Xəbər lenti