Avtobuslarda məsafənin gözlənilməsi qaydaları tətbiq edilir

 Avtobuslarda məsafənin gözlənilməsi qaydaları tətbiq edilir
  28 Mart 2020    Oxunub:2625
Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edilir:

"Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin".





Azvision.az


Teqlər: BakuBus   Avtobus   Məsafə  





Xəbər lenti