Qanunsuz ağac kəsilməsi faktı araşdırıldı

Qanunsuz ağac kəsilməsi faktı araşdırıldı
  28 Mart 2020    Oxunub:2086
Quba-Qusar avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Azvision.az -ın məlumatına görə, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib ki, araşdırma zamanı Quba rayonunun Xucbala kəndi ərazisində Qusar rayon sakini Səidə Əsgərovaya məxsus torpaq sahəsində müxtəlif cinsli ağacların kəsildiyi və təbiətə 18 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər hüquq mühafizə orqanlarına göndəriləcək", - deyə R.Mirzəyev vurğulayıb.

Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti