Qadağalara əməl etməyən yaşlılar: “Hamıdan yaxşı bilirəm” – (VİDEO)

  28 Mart 2020    Oxunub : 9318
 Qadağalara əməl etməyən yaşlılar: “Hamıdan yaxşı bilirəm” – (VİDEO)
Əslində biz hər gün bu cür çağırışları, bu cür ifadələri eşidirik. Amma gəl ki, buna məhəl qoyan, buna əməl edən vətəndaşlarımız demək olar ki, kifayət qədər azdır. Və böyük əksəriyyəti virusun yarada biləcəyi fəadlardan xəbərsizdir.
Azvision.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Polisin xəbərdarlığına məhəl qoymayan sakin: “Mən özümə lazım olanı hamıdan yaxşı bilirəm. Virusdan da xəbərdaram”.



Bəli, əksəriyyətinin özünə görə arqumenti, bəhanəsi var. Günlərdir mövcud qərarın icrası həyata keçirən polis, hər gün onlarla, yüzlərlə belə cavab alır. Hətta təndiq və təhqir olunduqları məqamlarda olur.

Vasif Cavadov – Polis əməkdaşı: “Söhbət aparan zaman vətəndaşlar bizə aqressiv cavab verir. Çağırışlarımıza məhəl qoymurlar. Bizdə planşetlər var , onların yaşlarını müəyyən edə bilirik”.

Atası, babası ahıl olan şəxslər sosial şəbəkələrdə öz yaxınlarını evdə saxlamaqda çətinlik çəkdiklərini yazırlar. İctimai qınaq, ailədaxili gileylər belə, bəzilərinə təsir etmir. Amma düynanın əksər ölkələrində, isə daha sərt cəzalar mövcuddur. Məsələn, Hindistanda karantin qaydalarını pozan şəxsləri polislər dəyənəklə cəzalandırır.

Qaydalara əməl etməyənləri həbslər və böyük məbləğdə cərimələr tətbiq edilir.Amma indiki halda bizdə belə sərt tədbirlər mövcudd deyil.

Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: “Heç bir cəza tədbiri nəzərdə tutulmayıb.Yalınız bir halda, polisin qanuni əmirinə, təlbərinə məhəl qoyman şəxslər barəsində müvafiq qaydada inzibati cərimə nəzərdə tutulur”.

Cəzadan da, cərimədən də, çəkinməkdənsə, yaxşı olar ki, yoluxmadan və yoluxdurmaqdan ehtiyyat edək. Bu, təkcə bir nəfərin yox, onlarla, yüzlərlə insanın sağlamlığı üçün vacibdir.

Azvision.az

Teqlər: Qadağa   Koronavirus