Prezidentin səsləndirdiyi şüar “Alov qüllələri”ndə əks olundu - VİDEO

 Prezidentin səsləndirdiyi şüar “Alov qüllələri”ndə əks olundu -    VİDEO
  29 Mart 2020    Oxunub:15789
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak ediblər.
Azvision.az xəbər verir ki, dövlət başçısı çıxışında həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcəyini və ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə həkimlərə münasibətin əks olunacağını bildirib.

Prezident İlham Əliyevin çıxışından sonra "Alov Qüllələri"ndə "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" şüarları əks olunub.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti