Koronavirusdan ölənlər necə dəfn olunur? - AÇIQLAMA

   Koronavirusdan ölənlər necə dəfn olunur? -    AÇIQLAMA
  30 Mart 2020    Oxunub:5680
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan dünyasını dəyişən şəxslərin necə dəfn olunması ilə bağlı məsələyə aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, bu barədə TƏBİB-in cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər üztə mütəxəssis Fərrux Sədirov açıqlama verib.

O bildirib ki, koronavirusdan ölən şəxslərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac yoxdur: "Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də yer alır".

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə bundan öncə KİV-ə açıqlamasında qeyd etmişdi ki, koronavirusdan ölən şəxs normal dini qaydalarla dəfn oluna bilər: "Bu, başqa tənəffüs infeksiyalari kimi xəstəlikdir. ÜST tərəfindən hər hansı xüsusi tapşırıqlara rast gəlməmişik. Spesifik nəsə yoxdur".

Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti