Vətəndaşlara yardımla bağlı suala nazirlikdən cavab

 Vətəndaşlara yardımla bağlı suala nazirlikdən cavab
  30 Mart 2020    Oxunub:8406
"Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, təkliflər aidiyyəti üzrə təqdim olunub. Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək: "Xahiş edirəm, hadisələri qabaqlayıb vətəndaşları çaşdıracaq məlumatlar paylaşmayın".

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti