Samux polisi gücləndirilmiş iş rejimində çalışır

Samux polisi gücləndirilmiş iş rejimində çalışır
  30 Mart 2020    Oxunub:1870
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Samux Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, bundan başqa rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində vətəndaşlarla mütəmadi maarifləndirici söhbətlər apararaq onları mümkün qədər evdə qalmağa çağırılar.

Yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşayiət edərək bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edirlər. Görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, məqsəd onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti