Tramp ABŞ-da 200 min insanın ölümünə razıdır

Tramp ABŞ-da 200 min insanın ölümünə razıdır
  30 Mart 2020    Oxunub:2394
"ABŞ-da iki həftə ərzində yeni növ koronavirusdan ölənlərin sayı ən yüksək həddə çatacaq".
Azvision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, koronavirusla bağlı tətbiq olunan rejimin müddəti aprelin 30-a qədər uzadılır:

"Qarşıdakı iki həftə çox mühümdür. Çünki biz iki həftə ərzində yeni növ koronavirusdan ölənlərin sayının ən yüksək həddə çatacağını gözləyirik. 100-200 min ölümlə bu işdən yaxa qurtara bilsək, böyük iş görümşük deməkdir. Hər kəs qaydalara əməl etməli, məsafə saxlamalı, bir sözlə, üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Əminəm ki, bu kabus dolu günlər nə zamansa bitəcək".

Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Tramp   Koronavirus  





Xəbər lenti