Bəzi obyektlərin fəaliyyəti dayandırıldı - RƏSMİ

  Bəzi obyektlərin fəaliyyəti dayandırıldı -    RƏSMİ
  30 Mart 2020    Oxunub:3161
Xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. Onun sözlərinə görə, Azərbaycanda bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti