Norveçdə koronavirusun dərmanı sınaqdan keçirilir

 Norveçdə koronavirusun dərmanı sınaqdan keçirilir
  30 Mart 2020    Oxunub:2082
Oslo Universitet Xəstəxanası yeni növ koronavirusa qarşı ilk təcrübi müalicəyə başladıqlarını elan edib.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsində davam etdirilən elmi araşdırma zamanı qızdırma və EBOLA xəstəliyinin dərmanlarının da daxil olduğu 3 preparat testdən keçiriləcək.

Universitetin yoluxucu xəstəliklər şöbəsinin baş həkimi Anne-Ma Dyrhol Riise deyib ki, araşdırmanın nəticələrinin necə olacağı haqda danışmaq hələ tezdir: "Bu dərmanlardan ən azı birinin təsirli olduğunu sübut edən kimi bütün dünyaya məlumat verəcəyik. Aparılacaq testlərin müsbət nəticələnəcəyini indidən söyləmək çətindir. Çünki biz də nəticələrin necə olacağını bilmirik".

Qeyd edək ki, Norveç Xalq Sağlamlığı İnstitutu araşdırmanın koronavirusla mübarizədə çox vacib olacağı qənamətindədir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Oslo   Koronavirus  





Xəbər lenti