Hərbi xidmətə çağırış müddəti uzadıldı

 Hərbi xidmətə çağırış müddəti uzadıldı
  30 Mart 2020    Oxunub:4151
Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanuna dəyişiklik edilib.

Dəyişiklik müzakirədən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hərbi-Xidmət   Çağırış   Milli-Məclis  





Xəbər lenti