“Hərbi xidmətə çağırış iki dəfə olsun” - TƏKLİF

  “Hərbi xidmətə çağırış iki dəfə olsun” -    TƏKLİF
  30 Mart 2020    Oxunub:4449
“Dünyanın heç bir yerində həqiqi hərbi xidmətə 4 dəfə çağırış yoxdur. Çağırış iki dəfə olur. Yaz və payız çağırışları”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda da həqiqi hərbi xidmətə çağırış iki dəfəyə keçirilməlidir: “Çünki o vaxt zərurət vardı. Orduda xidmət etməyə insanlar çatışmırdı. İndi isə artıq insanlar hərbi xidmət keçmək üçün müraciət edirlər. Bu da insanlarımızda hərbi vətənpərvərlik ruhunun çox olduğunu göstərir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti