Virusdan ölən həkimlərə xüsusi status verilə bilər

Virusdan ölən həkimlərə xüsusi status verilə bilər
  30 Mart 2020    Oxunub:4932
Koronavirusla mübarizə zamanı həyatını itirən həkimlərə xüsusi status verilməlidir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, həkimlər koronavirusla mübarizədə böyük fədakarlıq göstərir və öz sağlamlıqlarını təhlükə altına atırlar: “Çox sevindirici haldır ki, hələ indiyə qədər hər hansı bir həkim bu virusdan dünyasını dəyişməyib. Ancaq belə hal baş verərsə, həmin həkimlərə xüsusi status verilməlidir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Həkim   Deputat   Təklif  





Xəbər lenti