İcbari tibbi sığortanın tətbiqi müddəti uzadıldı

  İcbari tibbi sığortanın tətbiqi müddəti uzadıldı
  30 Mart 2020    Oxunub:2235
Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta” haqqında qanuna dəyişiklik edilib.

Qüvvədə olan qanuna əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.

Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti