Parlamentin onlayn iclasları necə keçiriləcək?

 Parlamentin onlayn iclasları necə keçiriləcək?
  30 Mart 2020    Oxunub:2297
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin parlamentin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Sənədə təklif edilən dəyişiklik 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti