Toponomiya komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

Toponomiya komissiyasının yeni tərkibi təsdiqləndi -  SİYAHI
  30 Mart 2020    Oxunub:2484
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
Azvision.az xəbər verir ki, Toponomiya komissiyasının yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:

- Nizami Cəfərov (Milli Məclisin deputatı, akademik);
- İsa Həbibbəyli (Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti);
- Sabir Rüstəmxanlı (Milli Məclisin deputatı);
- Sevinc Fətəliyeva (Milli Məclisin deputatı);
- Musa Quliyev (Milli Məclisin deputatı);
- Əziz Ələkbərov (Milli Məclisin deputatı);
- Möhsün Nağısoylu (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru);
- Ramiz Məmmədov (AMEA-nın Heydər Əliyev adına Coğrafiya İnstitutunun direktoru);
- Qara Məşədiyev (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi );
- Mahirə Abbasova (AMEA-nın Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi);
- Emin İmanov (Milli Məclis Aparatı rəhbərinin xidmətinin ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri).

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti