Saatlıya giriş-çıxış məhdudlaşdırılıb

  30 Mart 2020    Oxunub : 1850
Saatlıya giriş-çıxış məhdudlaşdırılıb
Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Saatlı rayonunda da davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Koronavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə gediş üçün qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır və zəruri hal yaranmayıbsa, sürücülər yaşadığı rayonlara geri yönləndirilirlər.

Həmçinin rayon ərazisində polis əməkdaşları tərəfindən mütəmadi olaraq yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

Azvision.az

Teqlər: DİN   Saatlı