Rusiya koronavirusa görə Azərbaycana 70 test sistemi verib

 Rusiya koronavirusa görə Azərbaycana 70 test sistemi verib
  30 Mart 2020    Oxunub:4131
Rusiya koronavirusun laborator diaqnostikası üçün Azərbaycana 70 test sistemi təhvil verib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın ölkəmizdəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanla Rusiya arasında səhiyyə sahəsindəki sıx əməkdaşlığa böyük diqqət ayrılır:
"Ölkələrimizin ərazisində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə bu ilin martında "COVID-19"un laborator diaqnostikası üçün 7 min tədqiqata hesablanan 70 test sistemi Azərbaycana təhvil verilib".

Məlumatda, həmçinin qeyd olunub ki, koronavirusun yayılması ilə bağlı yaranan əlverişsiz vəziyyət fonunda Rusiya tərəfdaş ölkələrə xəstəliyin diaqnostikası ilə bağlı mümkün qədər maksimum köməklik göstərməyə çalışır:

"Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti 13 dövlətə, o cümlədən Avrasiya İqtisadi İttifaqının, MDB-nin üzv ölkələrinə, İran, Monqolustan və Şimali Koreyaya 100 mindən çox tədqiqat üçün test sistemləri təhvil verib".

Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti