Türkiyə beynəlxalq təşkilatları Qarabağdakı “seçkiləri” boykot etməyə çağırdı

 Türkiyə beynəlxalq təşkilatları Qarabağdakı “seçkiləri” boykot etməyə çağırdı
  30 Mart 2020    Oxunub:3189
Türkiyə beynəlxalq təşkilatlara müraciət edərək, işğal altında olan Dağlıq Qarabağda keçiriləcək qanunsuz "seçkiləri" boykot etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Azərbaycanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin martın 31-də keçirilməsi nəzərdə tutulan "seçkilər" Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür:

Həmçinin qeyd olunub ki, bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün, ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili, sülh yolunu və davamlı sabitliyi sarsıdan təşəbbüsdür. Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik. Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yeni şəkildə pozulmasını təşkil edəcək qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”, - deyə Türkiyə XİN-in yaydığı məlumatda bildirilib.

Azvision.az


Teqlər: Türkiyə   XİN   Qarabağ  





Xəbər lenti