Gömrükçülər Naxçıvana yarım milyon manat vəsait köçürdü

Gömrükçülər Naxçıvana yarım milyon manat vəsait köçürdü
  30 Mart 2020    Oxunub:2347
Azərbaycan gömrükçüləri Naxçıvana yarım milyon manat vəsait köçürüb.
Azvision.az xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatının kollektivi tərəfindən 500 000 manat ianə köçürülüb.

Qeyd edək ki, bu fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə yaradılıb. Hazırda fondun hesabında ümumilikdə 2 milyon 772 min 910 manat vəsait vardır.

Azvision.az


Teqlər: Naxçıvan   Gömrük  





Xəbər lenti