XİN Səudiyyə Ərəbistanında törədilən terroru pislədi

  30 Mart 2020    Oxunub : 1621
 XİN Səudiyyə Ərəbistanında törədilən terroru pislədi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pisləyib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

"Səudiyyə Ərəbistanının Ər-Riyad və Cazan şəhərlərindəki yaşayış sahələrini hədəf alan Hutilər tərəfindən təşkil olunan terror hücumunu pisləyirik. Azərbaycan ölkəsinin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq üçün atdığı addımlarda Səudiyyə Ərbistanı ilə həmrəy olduğunu və dəstəyini ifadə edir",- deyə paylaşımda qeyd olunub.

Azvision.az

Teqlər: XİN   Terror