Evdə ad günü keçirmək də qadağan olundu

 Evdə ad günü keçirmək də qadağan olundu
  31 Mart 2020    Oxunub:5144
Xüsusi rejim dövründə tədbirlərin təşkili üzrə xidmətlər dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Rəsmi məlumata əsasən, müştərinin evində və digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan olunub.

Qeyd edək ki, ölkəmizdə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Azvision.az



Teqlər: Ad-günü   Toy   Nişan  





Xəbər lenti