Təxribata əl atan erməni hərbçilər güllələndi
Belə ki, təxribata çalışan erməni hərbçilərdən biri göz, digərləri əl və ayaq nahiyələrindən güllə yarası alıblar. Gözündən yaralanan hərbi qulluqçunun vəziyyəti ağırdır. Onu İrəvanda yerləşən xəstəxanaya aparıblar.
Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, bu gün saat 17:30-dan başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.
Azvision.az