Ərdoğan kampaniyaya başladı, 7 aylıq maaşını verdi

 Ərdoğan kampaniyaya başladı, 7 aylıq maaşını verdi
  31 Mart 2020    Oxunub:3157
Türkiyədə koronavirusla mübarizəyə dəstək məqsədilə “Biz bizə yetərik, Türkiyəm” şüarı ilə milli həmrəylik kampaniyasına start verilib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, kampaniyanı açıq elan edərək 7 aylıq maaşını yardım fonduna ayırdığını deyib.
Nazirlər və deputatlar da kampaniyaya qoşularaq ianə ediblər.

Ərdoğan bəyan edib ki, kampaniyanın keçirilməsində əsas məqsəd çətin vəziyyətdə qalan vətəndaşlara yardım etməkdir. Türkiyə Prezidentinin sözlərinə görə, ölkənin hər bir bölgəsində ehtiyacı olan insanlar müəyyən ediləcək və yığılan vəsaitlər onlar üçün xərclənəcək.

Azvision.az



Teqlər: Ərdoğan  





Xəbər lenti