“Digər ölkələrlə müqayisədə bizdə vəziyyət daha əlverişlidir” - Prezident
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Prezident bildirib ki, Azərbaycan dövləti koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə ölkədə vəziyyət daha əlverişlidir:
"Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır. Beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaq".
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev