Azərbaycanda işığa qoyulan limit artırılır - RƏSMİ

 Azərbaycanda işığa qoyulan limit artırılır -  RƏSMİ
  01 Aprel 2020    Oxunub:11489
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında qeyd olunub.

Bununla da ölkəmizdə elektrik enerjisindən güzəştli istifadə limitinin 300 kVt/saatdan 400 kVt/saata artırılması nəzərdə tutulub.

Azvision.az



Teqlər: İşıq   Enerji  





Xəbər lenti