Azərbaycanın bu rayonunda koronavirus yoxdur

  Azərbaycanın bu rayonunda koronavirus yoxdur
  01 Aprel 2020    Oxunub:56960
İsmayıllıda 120-yə yaxın yerli sakin koronavirus şübhəsi ilə rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Azvision.az -ın məlumatına görə, qızdırma və öskürəkdən şikayətlənən sakinlərin hər birindən laborator müayinə üçün yaxma nümunələr götürülüb. Analizlərin nəticəsinə əsasən onlarda koronavirus infeksiyası aşkarlanmayıb.
Bundan başqa, İsmayıllının yeni icra başçısı Nahid Bağırov və İcra Hakimiyyətinin digər işçiləri koronavirusa görə testdən keçiblər. Onlarda da virusa yoluxma aşkar edilməyib.

Ümumilikdə isə indiyədək İsmayıllıda COVİD-19 pandemiyasına yoluxma faktı qeydə alınmayıb.

Rüstəm İsmayılov
Azvision.az



Teqlər: İsmayıllı   Koronavirus  





Xəbər lenti