Umayra Tağıyevaya yeni vəzifə verildi

 Umayra Tağıyevaya yeni vəzifə verildi
  01 Aprel 2020    Oxunub:2788
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib. Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Qeyd edək ki, U. Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.

Azvision.az



Teqlər: UmayraTağıyeva  





Xəbər lenti