“ASAN xidmət”dən vətəndaşlara pozitiv mesaj - VİDEO

   “ASAN xidmət”dən vətəndaşlara pozitiv mesaj -    VİDEO
  01 Aprel 2020    Oxunub:3143
“ASAN xidmət” #OGünGələcək mesajlı sosial videoçarx nümayiş etdirib.

Azvision.az xəbər verir ki, videoçarxda son zamanlar koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə vətəndaşlarımızın sosial həmrəylik nümayiş etdirərək evlərindən çölə çıxmamaları və bu səbəbdən Bakı şəhərinin küçələrinin boşluğu diqqətə çatdırılıb.


Bütün bunlara baxmayaraq, vətəndaşlarımıza pozitiv mesaj ötürülərək bu küçələrdə tezliklə günəşin daha gözəl doğacağı, sevinc səslərinin eşidiləcəyi və birlikdə gözəl anların yaşanılacağı günün gələcəyinə ümid ifadə olunub. Həmin günün gəlməsi üçün bu günlərdə ayrı qalmağın mümkünlüyü, ürəklərin bir olduğu halda məsafələrin əngəl olmadığı bildirilib.

Xatırladaq ki, “ASAN xidmət” koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədi ilə loqotipində müvəqqəti dəyişiklik edib. #məsafəniqoru insanları qoru sosial çağırışı verilən müvəqqəti dəyişiklikdə loqotipin kənar hədlərarası məsafəsi genişləndirilib.

Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti