Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu

 Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu
  01 Aprel 2020    Oxunub:6302
Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Bu barədə Azvision.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxan 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Azvision.az


Teqlər: Azərbaycan   Koronavirus  





Xəbər lenti