Hüquqi şəxslər 620 milyonluq xidmət göstərib

Hüquqi şəxslər 620 milyonluq xidmət göstərib
  01 Aprel 2020    Oxunub:1618
Yanvar-fevral aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,7 faiz artaraq 885,9 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, iki ayda hüquqi şəxslər tərəfindən əhaliyə 620,6 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 70,1 faizini təşkil edib.

Azvision.az



Teqlər: Hüquqi  





Xəbər lenti