Bakı Fond Birjasında hərrac keçirilib

Bakı Fond Birjasında hərrac keçirilib
  01 Aprel 2020    Oxunub:1476
Aprelin 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101279S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Azvision.az -a verilən məlumata görə, hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 99.4416 AZN (7.22 faiz) və 99.4773 AZN (6.76 faiz) olan 4 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37 milyon 701 min 500 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.4416 AZN (7,22 faiz), orta ölçülmüş qiyməti 99.4651 AZN (6.91 faiz) müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 37 milyon 701 min 500 AZN-dir. Notlar aprelin 29-da ödəniləcək.

Azvision.az



Teqlər: Hərrac  





Xəbər lenti