Prezident türkiyəli deputatı təltif etdi

  Prezident türkiyəli deputatı təltif etdi
  01 Aprel 2020    Oxunub:2984
Prezident İlham Əliyev Şamil Ayrımın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Şamil Ayrım Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Şamil Ayrım Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti