Aztəminatlı ailələrə dövlət tərəfindən yaşayış sahələri verilə bilər

 Aztəminatlı ailələrə dövlət tərəfindən yaşayış sahələri verilə bilər
  01 Aprel 2020    Oxunub:3824
Mənzil Məcəlləsində təklif edilən dəyişiklikdə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcəyi öz əksini tapıb.
Azvision.az xəbər verir ki, sosial kirayə müqaviləsi əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Mənzil   Ailə   Gənc  





Xəbər lenti