Karantin rejiminə əməl etməyən şəxs cərimələndi
İnternet klubunun sahibi, paytaxt sakini Mehman Cabbarlı barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə olunub. Obyektdə olan azyaşlılar və yetkinlik yaşına çatmayanlar isə polis əməkdaşları tərəfindən ailələrinə təhvil verilərək onların valideynlərinə xəbərdarlıq edilib.
Azvision.az
Teqlər: DİN