Rejim qaydalarını pozan 25 obyekt aşkarlandı

Rejim qaydalarını pozan 25 obyekt aşkarlandı
  01 Aprel 2020    Oxunub:1683
Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində xidməti avtomobillərdə səsgücləndiricilər vasitəsilə əhaliyə səslənir, karantin rejiminin qaydalarına riayət edərək sağlamlıqlarını qorumağa dəvət edirlər.

Sakinlərlə profilaktiki söhbətlər aparılmaqla, yaşadıqları ünvana qaytarılması təmin olunur. İnsanlara bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Polis əməkdaşları, eyni zamanda, fəaliyyətinə qadağa tətbiq olunmuş obyektlərə də nəzarəti tam gücü ilə davam etdirirlər.

İndiyədək Lənkəranda karantin rejimi qaydalarını pozan 25 obyekt barəsində inzibati protokol tərtib edilib və onların bağlanması təmin olunub.

Rayon mərkəzi ilə yanaşı, ətraf ərazilərdə də karantin qaydalarına tam nəzarət etmək və koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin daha təsirli olması üçün kənd ərazilərinə də polis naryadları ayrılıb.

Azvision.az


Teqlər: DİN   Rejim   Karantin  





Xəbər lenti