Qubada karantin rejimini pozanlar cərimələnib - FOTOLAR

Qubada karantin rejimini pozanlar cərimələnib -   FOTOLAR
  02 Aprel 2020    Oxunub:3682
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilirlər. Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.



Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdaqlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında günün gündüz və gecə vaxtlarında elan edilmiş bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var. Həmin şəxslər barəsində RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.







Azvision.az


Teqlər: DİN   Quba   Karantin  





Xəbər lenti