16 mindən çox avtomobil postlardan geri qaytarılıb

16 mindən çox avtomobil postlardan geri qaytarılıb
  02 Aprel 2020    Oxunub:1980
Son 13 gün ərzində 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az -a verilən məlumata görə, 19.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək 8 685 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək isə 6 380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 16 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az



Teqlər: DİN   Polis   Karantin  





Xəbər lenti