Jurnalistlərin Bakı, Sumqayıt və Abşeronda hərəkəti sərbəstdir

  02 Aprel 2020    Oxunub : 1966
Jurnalistlərin Bakı, Sumqayıt və Abşeronda hərəkəti sərbəstdir
Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayan jurnalistlər polis postlarından sərbəst keçə biləcəklər.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişov deyib. O bildirib ki, həmin jurnalistlər rayonlara gedə bilməzlər.

"Bakı, Abşeron və Sumqayıt ərazilərində yaşayan jurnalistlər iş vəsiqəsi və ya xüsusi icazə arayışı təqdim etməklə postlardan manesiz keçə bilərlər. Həmin jurnalistlərin yalnız Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Jurnalist