Azərbaycanda istifadə edilən testlər Almaniya istehsalıdır

  02 Aprel 2020    Oxunub : 1499
Azərbaycanda istifadə edilən testlər Almaniya istehsalıdır
Bu günə qədər ölkədə 30 minə yaxın şəxs test edilib.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda istifadə edilən testlər Almaniya istehsalıdır: “Testlərin gətirilməsi həm maliyyə, həm də vaxt tələb edir. Karantin rejimində olan xəstələrin şikayət etməməsi üçün çalışırıq. Hər kəsin evində müalicə olunması bizə də rahat olar. Ancaq bu, tibbi baxımından düzgün deyil. Ona görə də hər kəs karantin qaydalarına ciddi əməl etməlidir".

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB