Vətəndaşların küçəyə çıxmasına dair sənəd hazırlanır

 Vətəndaşların küçəyə çıxmasına dair sənəd hazırlanır
  02 Aprel 2020    Oxunub:4220
Karantin rejimində vətəndaşların küçədə hərəkəti ilə bağlı sənəd hazırlanır. Sənəd yaxın vaxtlarda elan olunacaq.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev isə bildirib ki, vətəndaşların küçədə hərəkəti qısa zamanda elektron cihazlarla tənzimlənəcək:

"Bununla bağlı yaxın saatlarda qərar ictimaiyyətə açıqlanacaq. Evdən çıxmamışdan əvvəl vətəndaş bəlli nömrəyə sms və ya zəng edib, çölə çıxmalarının səbəbini izah edəcək. Bu halda icazə veriləcək. Çölə çıxan şəxs şəxsiyyət vəsiqəsini polis naryadlarına təqdim edəcək və planşet vasitəsilə baxılacaq ki, ona icazə verilib, ya yox".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİN   ƏzizBaqişev  





Xəbər lenti